AVRO-2024: İsveçrə və Şotlandiya 1 xala razı olub – VİDEO

AVRO-2024: İsveçrə və Şotlandiya 1 xala razı olub – VİDEO

Bu gün AVRO-2024-ün A qrupunda II tura yekun vurulub.

TEMPİNFO xəbər verir ki, günün son matçı Kölndə təşkil olunub.

İsveçrə Şotlandiyanı sınağa çəkib. İlk turda darmadağın olar britaniyalılar bu dəfə 1 xala seviniblər. Şotlandiya Skot Maktominayın sayəsində hesabı açıb. İsveçrənin bərabərlik qolunun müəllifi isə Şakiri olub.

Qeyd edək ki, A qrupunda III turun matçları iyunun 23-də keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, A qrupu
23:00. Şotlandiya – İsveçrə – 1:1
Qollar: 
Skot Maktominay, 13 – Cerdan Şakiri, 26
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Köln Ştadion

1 Almaniya 2 2 0 0 7-1 6
2 İsveçrə 2 1 1 0 4-2 4
3 Şotlandiya 2 0 1 1 2-6 1
4 Macarıstan 2 0 0 2 1-5 0
TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37