AVRO-2024: İtaliyadan gözlənilən qələbə

AVRO-2024: İtaliyadan gözlənilən qələbə

Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsi davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün B qrupunda I tura yekun vurulub.

Günün son matçında İtaliya ilə Albaniya qarşılaşıb. “Olüm qrupu”nun Dortmundda baş tutan oyununda son çempion qələbə qazanıb. Erkən qol buraxan italiyalılar ardıcıl 2 dəfə fərqləniblər. İtaliya yığması 16 dəqiqəyə hesabda önə keçib və üstünlüyünü sonadək qoruyub saxlayıb.

Qeyd edək ki, qrupun digər matçında İspaniya Xorvatiyaya qalib gəlib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
23:00. İtaliya – Albaniya – 2:1
Qollar: 
Alessandro Bastoni, 11. Nikola Barella, 16 – Nedim Bayrami, 1
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenstadioion

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37