AVRO-2024: Niderland – İngiltərə matçının hakimi bəlli oldu

AVRO-2024: Niderland – İngiltərə matçının hakimi bəlli oldu

AÇ-2024-ün yarımfinalında keçiriləcək Niderland – İngiltərə oyununun hakimləri açıqlanıb.

TEMPİNFO xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Ştefan Lyupp və Marko Axmüller yardım edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Siebert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 10-u keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37