AVRO-2024: Niderland millisi turnirə qələbə ilə start verib

AVRO-2024: Niderland millisi turnirə qələbə ilə start verib

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

TEMPİNFO xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada “narıncılar” 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37