AVRO-2024: Portuqaliya Çexiyanı məğlub etdi – YENİLƏNİB

AVRO-2024: Portuqaliya Çexiyanı məğlub etdi – YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya – Çexiya görüşündə portuqallar qalib olublar.

TEMPİNFO xəbər verir ki, Fransisko Konseysao 90+2-ci dəqiqədə komandasını hesabda irəli çıxararaq qələbə topunu vurub.

F qrupu

23:00. Portuqaliya – Çexiya 2:1

Qollar: Hranaç, 69 (ö.q.). Koysensau, 90+2 – Provod, 62

Baş hakim: Marko Quida (İtaliya).

Leypsiq, “Red Bull Arena”.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya – Çexiya matçında Portuqaliya millisinin əsas heyətində yer alan Kriştianu Ronaldu yarışın tarixinə düşüb.

Portuqaliyalı hücumçu altı Avropa çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib.

39 yaşlı futbolçu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu görüşlərdə 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37