AVRO-2024: Türkiyə millisinin antirekordu

AVRO-2024: Türkiyə millisinin antirekordu

Türkiyə millisi bir turnirdə ən çox vərəqə alaraq Avropa çempionatlarının antirekordunu yeniləyib.

TEMPİNFO xəbər verir ki, “ay-ulduzlular” AVRO-2024-də keçirdikləri 5 oyunda 20 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıblar.

Onlar AVRO-96-da Çexiya millisinin göstəricisini geridə qoyublar. Çexlər 28 il əvvəl 19 sarı və 1 qırmızı vərəqə alıb.

Türkiyə yığması qrup mərhələsində 16 sarı (Gürcüstan – 2, Portuqaliya – 3, Çexiya – 11), 1/8 finalda 2 sarı (Avstriya), 1/4 finalda isə 2 sarı və 1 qırmızı vərəqə (Niderland) ilə cəzalandırılıb.

Qeyd edək ki, Türkiyə yığması 1/4 finalda Niderlanda 1:2 hesabı ilə uduzaraq, Avropa çempionatı ilə vidalaşıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37