AVRO-2024 Türkiyəsiz davam edəcək
- Avro-2024İDMANSON XƏBƏR
- 07.07.2024 01:01
Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Niderland və Türkiyə milli komandaları qarşılaşıb.
TEMPİNFO xəbər verir ki, oyunda hesab 35-ci dəqiqədə açılıb.
Arda Gülerin ötürməsini Samet Akaydın qola çevirib.
Oyunun 70-ci dəqiqəsində Stefan De Fray qarşılaşmada tarazlığı bərpa edib.
6 dəqiqə sonra Mert Müldür topu öz qapısına göndərib.
Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.