AVRO-2024: Ukraynadan əzmkar qələbə – VİDEO

AVRO-2024: Ukraynadan əzmkar qələbə – VİDEO

Bu gün AVRO-2024-ün E qrupunda II tura start verilib.

TEMPİNFO xəbər verir ki, günün ilk matçı Düseldorfda keçirilib.

Slovakiya Ukraynanı sınağa çəkib. Çempionata Belçikanı məğlub edərək sensasiya ilə başlayan İvan Qaşekin yetirmələri bu görüşə də yaxşı start veriblər. Erkən qol vuran slovaklar fasilədən sonra üstünlüyü qoruya bilməyiblər. 2 dəfə fərqlənən Ukrayna vacib qələbə qazanıb. Komanda ötən turda Rumıniyaya darmadağını unutdurub.

Qeyd edək ki, qrupda tura sabah keçiriləcək Belçika – Rumıniya matçı ilə yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, E qrupu
17:00. Slovakiya – Ukrayna – 1:2
Qollar: 
İvan Şranz, 17 – Mikola Şaparenko, 54. Roman Yaremçuk, 80
Baş hakim: Maykl Oliver (İngiltərə)
Düsseldorf Arena

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37