AVRO-2024: Ukraynadan vida – VİDEO

AVRO-2024: Ukraynadan vida – VİDEO

AVRO-2024-ün E qrupunda sonuncu oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, bütün komandaların eyni xalı olduğundan son tur həlledici xarakter daşıyıb.

Son turun hər iki oyunu heç-heçə başa çatıb. Rumıniya – Slovakiya görüşündə tərəflər hərəyə 1 qol vursalar da, Belçika – Rumıniya matçında hesab açılmayıb. Bu nəticələrdən sonra Rumıniya, Belçika və Slovakiya yığmaları 1/8 finala yüksəliblər.

Qeyd edək ki, bu gün F qrupunda da son oyunlar keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, III tur
26 iyun, E qrupu

20:00. Slovakiya – Rumıniya – 1:1
Qollar: 
Ondrey Duda, 24 – Razvan Marin, 37 (pen.)
Baş hakim: Daniel Zibert (Almaniya)
Frankfurt Arena

20:00. Ukrayna – Belçika – 0:0
Baş hakim: 
Entoni Teylor (İngiltərə)
Ştutqart Arena

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37