AVRO-2024-ün ən yaşlı və ən gənc komandaları

AVRO-2024-ün ən yaşlı və ən gənc komandaları

AVRO-2024-ün ən yaşlı və ən gənc komandaları bəlli olub.

TEMPİNFO xəbər verir ki, bu, bütün komandaların Almaniyadakı yarış üçün iştirak ərizələrini təqdim etdikdən sonra müəyyənləşib.

AVRO-2024-də mübarizə aparacaq bütün futbolçuların ümumi orta yaşı 27,04-ə bərabərdir.

Şotlandiya sifariş vərəqində yer alan futbolçuların orta yaşına (28,31) görə çempionatın ən “qoca” komandasıdır. Britaniyalıların 9 üzvü 30 yaşdan yuxarıdır və yalnız 1 oyunçu hələ “23”ü keçməyib.

Eyni sayda “30+” yaşa malik futbolçusu olan Almaniyada orta göstərici 28,15-dir. Bundestimin dörd üzvü 23 yaşadəkdir. Maraqlıdır ki, iki ən “qoca” komanda eyni qrupda yer alıb.

Ən yaşlı 6 yığma arasında Sloveniya (27,94), Polşa (27,81), İsveçrə və Xorvatiya (hər ikisi 27,69) da var.

Ən gənc milli Çexiyadır – 25,31 yaş. Türkiyə (25,85) və İngiltərə (26,05) də ilk “üçlük”də qərarlaşıb. Ukrayna (26,46) ilə Fransa (26,48) da “Top-5”dədir.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-də başlayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37