AVRO-2024: Vərəqə antirekordu

AVRO-2024: Vərəqə antirekordu

AVRO-2024-ün qrup mərhələsinin Çexiya – Türkiyə oyunu bəzi statistik məqamlarla tarixə düşüb.

TEMPİNFO xəbər verir ki, İFFHS qarşılaşmadakı antirekordların və maraqlı faktların siyahısını tərtib edib.

Bu matçda 2-si qırmızı olmaqla 19 vərəqə göstərilib. Avropa çempionatları tarixində belə hadisə yaşanmayıb. Bunadək ən çox vərəqə 4 matçda qeydə alınıb – hərəsində 10 dəfə. Hətta dünya çempionatlarının final mərhələlərində də belə antirekord olmayıb. Mundiallarda 3 oyunda 16 vərəqə göstərilib.

Antonin Barak Avropa çempionatları tarixinə ilk 20 dəqiqədə 2 sarı vərəqə alan yeganə futbolçu kimi düşüb.

Antonin Barak qitə çempionatlarında qırmızı vərəqə alan ikinci çexiyalıdır. Radoslav Latal AVRO-1996 və AVRO-2000-də belə halla üzləşib.

Türkiyə AVRO-2008-dən sonra ilk dəfə qrupdan çıxıb. Həmin vaxt “ay-ulduzlular” yarımfinala qədər irəliləyib.

Qeyd edək ki, Türkiyə Çexiya üzərində 2:1 hesablı qələbə qazanıb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37