Avropa Parlamentinin üzvü Şuşaya səfər edəcək

Avropa Parlamentinin üzvü Şuşaya səfər edəcək

Avropa Parlamentinin ispaniyalı üzvü Xavyer Nartın Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaradılan bərpa-quruculuq işləri ilə tanış olmaq üçün Şuşaya səfər etməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) məlumatında qeyd olunub.

Bildirilib ki, Xavyer Nartin Abşeron rayonunun Masazır qəsəbəsindəki keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Zəngilan” şəhərciyində olub.

Milli Məclisin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin müşayiət etdiyi qonaq burada sakinlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Həmçinin avropalı qonaq Zəngilan rayon 33 nömrəli tam orta məktəbin yuxarı sinif şagirləri ilə görüşüb, onlara özünün jurnalist və siyasi fəaliyyəti haqqında danışıb, təhsil və fərdi inkişafla bağlı tövsiyələr verib.

Xaviyer Nart məcburi köçkünlərlə görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib, görüşlərdən razı qaldığını bildirib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37