Vəkilindən Afət Fərmanqızının saxlanılması ilə bağlı açıqlama – VİDEO – YENİLƏNİB

Vəkilindən Afət Fərmanqızının saxlanılması ilə bağlı açıqlama – VİDEO – YENİLƏNİB

“Afət Fərmanqızının saxlanılmasından məlumatsızam. Saxlanılıbsa, lap yaxşı, deməli, işimiz irəli gedəcək”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Vəkil bildirib ki, Afət Fərmanqızı ilə bağlı məhkəmə qərarının icrası Binəqədi rayon Polis Şöbəsinə göndərilib:

“Məhkəmə qərar verib, onun barəsində həbssiz axtarış elan olunub. Onun icrası da Binəqədi rayon Polis Şöbəsinə göndərilib. Qərarın icrasından xəbər yox idi. Səbəb də bu idi ki, Afət xanım Azərbaycana gəlmirdi. Bakıya qayıdan kimi Binəqədi Polis Şöbəsi onu saxlayıb məhkəməyə gətirməli idi. Polis öz vəzifəsini icra edib”.

Xavər İsmayılova Afət Fərmanqızının məhkəmədən yayındığını qeyd edib.

Qeyd edək ki, bu gün müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumat yayılıb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbssiz axtarış elan olunub.

***

Müğənni Afət Fərmanqızı saxlanılıb. Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müğənni Afət Fərmanqızı polis əməkdaşları tərəfindən bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq aidiyyatı üzrə məhkəməyə təhvil verilib.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysiyə Azərbaycana gəlib. Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbsiz axtarış elan olunub.

***

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysi ilə Azərbaycana dönüb.

TEMPİNFO xəbər verir ki, məlumatı müğənni Azinforum.az-a təsdiqləyib.

Maraqlı məqam isə onun hava limanında saxlanılmaması olub.

Müğənni bildirib ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunandan sonra onun məhkəmələrin obyektivliyinə inamı daha da artıb:

“Elə bu səbəbdən də Bakıya döndüm və gedib məhkəmədə iştirak edəcəm”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37