“Ay Aydın Veysəloğlu, bizi eşit!” – Vətəndaş qurdlu konfetin VİDEOSUNU YAYDI

“Ay Aydın Veysəloğlu, bizi eşit!” – Vətəndaş qurdlu konfetin VİDEOSUNU YAYDI

“Yenə “Oba Market” şəbəkəsi, yenə problem… Dəfələrlə görmüşəm ki, “Oba Market”lə bağlı vətəndaşlar şikayət edir. Əgər siz bacarmırsınızsa niyə işlədirsiniz?”

TEMPİNFO xəbər verir ki, bu sözləri jurnalist Aslan Həmidli yazaraq sözügedən mağazadan alınan konfetdən qurdların çıxdığını əks etdirən video yayıb.

O, şikayətinin davamında “Oba Market”lər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova xitabən sual edib ki, niyə tədbir görülmür: “Gərək ki, zay məhsullarınızdan kimsə vəfat etsin?! Nə zamana qədər belə olacaq?! Bunun sonu olacaqmı?!”

Aslan Həmidli sözügedən paylaşımının sonuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adını işarələyərək məsələyə münasibət bildirməsini istəyib.

Videoya gəldikdə isə vətəndaş deyir ki, “Oba Market”dən aldığı konfetin içərisindən qurd çıxıb və o, məhsulun çekini nümayiş etdirir. Həmçinin masanın üzərində hərəkət edən qurdu göstərir.

“Gördüyünüz bu konfetləri Yasamalda Abbas Mirzə Şərifzadə 140 A-da yerləşən “Oba Market”dən almışam. Kilosu 8 manat idi, içərisindən qurdlar çıxdı. Baxın, masının üstü qurdlu konfetlərlə doludur. Nəyə görə belə hallar baş verməlidir? Neçə dəfə çəkib ictimailəşdirək məsələni? Neçə dəfə Qida Təhlükəsizlik Agentliyinə müraciət edək? Ay Aydın Veysəloğlu, biz vətəndaşları eşit!”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı bundan öncə də sosial şəbəkə və yerli mediada xəbərlər dərc olunub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37