“Ay nadan, cəhənnəm ol, qanun dəyişməlidir”

“Ay nadan, cəhənnəm ol, qanun dəyişməlidir”

“Taksiylə gəlirəm. 2 qadın, uşaq arabaları ilə sürətlə qaçdılar yola. Yazıq sürücü son anda saxladı. Allah haqqı, bayaqdan stresdən ölür, yetim. Yazıqdır axı bu. Ay nadan, ay yaramaz, qanmaz yola niyə qaçırsan? Yarışdasan?”

TEMPİNFO xəbər verir ki, bu sözləri ictimai fəal İlkin Rüstəmzadə bildirib.

O vurğulayıb ki, 15 metr aralıda piyada zolağı olduğu halda piyadalar maşın yolundan istifadə edib.

“Cəhənnəm ol oradan keç də. Sürücü yetim də insandır axı. Bütün günü işləyir. Stres, gərginlik. Saxlamasaydı nolacaqdı? Öləcəkdi uşağın. Sən də şikəst qalacaqdın. Allah haqqı, sürücüyə yazığım gəldi. Özüm də piyadayam, amma vallah, yazığım gəldi sürücüyə. Olmaz e belə. Ümumiyyətlə, artıq qanunlar dəyişməlidir. Yaşıl işıqda maşın yoluna qaçan piyadaları vurmağa görə heç bir cəza olmamalıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37