Ay pozğunlar, ədəbsizlər, utanmırsınız? – Nadir Qafarzadə

Ay pozğunlar, ədəbsizlər, utanmırsınız? – Nadir Qafarzadə

“Baxırsan, iş adamı, həkim, mühəndis, stilist, rəngsaz, fəhlə, müəllim, qapı-pəncərə düzəldən… Bütün peşələrdən olanlar intim münasibətlərdən, kişilərin-qadınların intim orqanlarından danışırlar”.

TEMPİNFO xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında bildirib.

“Siz utanmırsınız? Siz heyvansınız? Onun şüuru yoxdur, küçədə nə gəldi, edir. Siz insansınız, Allah sizə ağıl verib. Hətta TikTok-da arvadlarını çıxardırlar, marça-marça yemək yeyirlər. Arvad hesabına pul qazanırlar, arvad çörəyi yeyirlər. Adlarını kişi qoyublar, sonra da arvad çıxır oturur burada. Əcəb edir. Bu xalq yanıq deyil. Abırlı xalqdır. Lakin çoxunun abır-həyası itib. Sadəcə adı qalıb, özü qalmayıb. Bu, müasirlik deyil. Bu, müasirlikdirsə, biz “çuşka”yıq. Tüpürüm sizin müasirliyinizə”, – sənətçi bildirib.

N.Qafarzadə bildirib ki, belə vəziyyətdən utanır: “Başqa ölkələrdə azərbaycanlı olduğumuzu deyəndə bizi utandırmayın. Özünüz cəhənnəm. Yatmağınızı-durmağınızı, “uşağa qalmağınızı”, doğmağınızı, hansı pozada nə etdiyinizi, hamısını danışmısınız. Hələ həkim çıxıb mayadan danışır ki, nə etmək olar? Sənin abırın yoxdur? Onu pasiyentinlə danışa bilərsən, cəmiyyətlə yox. Həkimsənsə, aç özünü qoy çölə, biz də baxaq. Ay kişilər, sözüm sizədir. Nə qədər iplərini boş buraxsanız, arvadlarınızı evdə tapmayacaqsınız. Başa düşürəm ki, arvad çörəyi yeyirsiniz. Siz də bir şey yeməlisiniz. Bu bəzilərinə aiddir. Allah sizi bizə çox görsün, ay pozğunlar, ədəbsizlər. Amma dörd divar arasında. Kim deyir ki, sekslə məşğul olmaq olmur, intim əlaqədə olmurlar. Bu, normaldır, etmək olar. Çünki olmazlar var”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37