“Ayaks” klubu Françesko Farioli ilə anlaşıb

“Ayaks” klubu Françesko Farioli ilə anlaşıb

Niderlandın “Ayaks” klubu Fransa təmsilçisi “Nitsa”nın baş məşqçisi Françesko Farioli ilə anlaşıb.

“Report”un “The Telegraph”a istinadən məlumatına görə, 35 yaşlı italyan mütəxəssis növbəti mövsümdən Amsterdam klubuna rəhbərlik etməyə razılıq verib.

Lakin “Ayaks” hələ də “Nitsa” ilə anlaşma əldə edə bilməyib.

Qeyd edək ki, hazırda “Ayaks”ın baş məşqçi postunu Con vant Sxip tutur. Son mövsümü uğursuz keçirən Amsterdam klubu Erediviziyada beşinci pillədə qərarlaşıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37