AYNA nişanlanma işlərinə 8 milyon ayırır

AYNA nişanlanma işlərinə 8 milyon ayırır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 milyonluq müsabiqə elan edib.

TEMPİNFO-nun məlumatına görə, dövləq qurumu yeni təmir olunan küçə və prospektlərdə nişanlanma işləri ilə əlaqədar 8 milyon 81 min 551 manat 55 qəpik xərcləyəcək.

Belə ki, AYNA ayırdığı vəsaitlə razılaşacağı şirkətdən əsasən dirəklər, aliminium lövhələr və nişanlar alacaq.

Saylarına gəldikdə isə müvafiq işlərlə bağlı təxminən 30 mindən çox material alınacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37