“Azərbaycan Dəmir Yolları” şirkətə olan borcunu ödəmir?
- ÖLKƏSON XƏBƏR
- 26.06.2024 16:58
“Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.
TEMPİNFO-nun məlumatına görə, “Oil Supply” MMC qurumla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
Şikayətə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Oil Supply” MMC müxtəlif təyinatlı işçi geyimləri, tibb geyimləri, tikinti sektoru işçiləri üçün fərdi mühafizə vasitələri, işçi ayaqqabıları, reklam xarakterli geyimlər, xidmət, servis uniformalarının satışı ilə məşğuldur.
TEMPİNFO