Azərbaycan İrəvanda sərhəd qursa, nə edəcəksiniz?

Azərbaycan İrəvanda sərhəd qursa, nə edəcəksiniz?

Əgər müxalifətə inansaq, onda Ermənistanın dövlət sərhədi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 21-də keçirilən iclada “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın tənqidinə cavab verərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan öz müstəqilliyini konkret sərhədlər daxilində əldə edib:

“İndi siz bəyan edirsiniz ki, Ermənistan Respublikasının heç bir sərhədi yoxdur. Həm də parlamentin tribunasından. İndi düşmənimiz gəlib ofisinizin yaxınlığında postlar qurub sözünüzü xatırlatsa, onda nə edəcəksiniz? Sözlərinizə diqqət edin. Ermənistan Respublikasının qanuni əsası olan aydın və çox konkret sərhədi var”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37