Azərbaycan Mərkəzi Bankı və “Mcdonalds Azərbaycan” arasında çəkişmə davam edir – Valyuta mübahisəsi

Azərbaycan Mərkəzi Bankı və “Mcdonalds Azərbaycan” arasında çəkişmə davam edir – Valyuta mübahisəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mcdonalds Azərbaycan” QSC arasında məhkəmə çəkişməsi davam edir.

TEMPİNFO Pravda.az-a istinadən xəbər verir ki, növbəti iclas Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə avqustun 13-də keçiriləcək.

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37