Azərbaycan millisinin baş məşqçisi: “Futbolçularımız var ki, yalnız özləri haqqında düşünürlər”

Azərbaycan millisinin baş məşqçisi: “Futbolçularımız var ki, yalnız özləri haqqında düşünürlər”

“Hansı futbolçu mentaliteti dəyişmək istəməsə, seçimimiz başqa futbolçu olacaq”

TEMPİNFO xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O, Millətlər Liqasında növbəti oyunlarla bağlı hansısa proqnoz verməkdən imtina edib: “Slovakiya ilə yenidən qarşılaşacağıq. İndi xal haqqında konkret nəsə deyə bilmərəm. Çünki mən gələcəyi görə bilmirəm. Futbolçularıma inanıram və onlar da bilir ki, nələrisə dəyişmək lazımdır. Ən azından mentalitet dəyişməlidir, komanda kimi düşünməliyik. Fərdiçilikdən əl çəkmək lazımdır. Bəzi futbolçularımız var ki, yalnız özləri haqqında düşünürlər. Təbii ki, nələri dəyişmək lazım olduğunu bilirik. Futbolçularla işləyəndən sonra gördüm ki, onlar çox həvəslidir. İnanıram ki, istəyimizə çata biləcəyik. Düşünürəm ki, onlar bu dəyişikliyə hazırdırlar. Müəyyən qərarlar verməliyik. Mən nələrisə dəyişmək üçün burdayam”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37