“Azərbaycan xalqı heç vaxt bahalaşmaya narazı olmur, şişirtməyək”
- İQTİSADİYYATSON XƏBƏR
- 28.06.2024 16:57
“Kərə yağının bahalaşması kimdə narazılıq yaradıb ki? Azərbaycan xalqı dözümlü xalqdır, heç vaxt belə şəylərə narazı olmur. Şişirtməyək! Bazarda kərə yağının bahalaşmasından dəfələrlə çox proseslər baş verib. Kərə yağının qiyməti bazarda formalaşır. “Azərsun”un zavodu kərə yağı yox, marqarin, teksun, bitki yağı və s. istehsal edir. Yəni “Azərsun”un zavodunun xammalı xaricdən gəlir”.
TEMPİNFO xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Ekspert bildirib ki, Azərbaycanda günəbaxan, qarğıdalı tarlaları yoxdur: “Yəni torpağın bu formada bərəkəti yoxdur. Doqquz iqlim qurşağının Azərbaycanda olmasına baxmayaraq ərazimiz çox balacadır. Torpağın əhəmiyyətli hissəsi isə şorandır. Bir sözlə, Azərbaycan kərə yağını xaricdən idxal edir. “Milla” və s. brendlərin çoxu xamallı, inqrediyentləri xaricdən gətirir. Azərbaycanda heyvandarlıq güclü inkişaf etməyib. Azərbaycandakı inəklərin “rasxod”u da xaricdəkindən az deyil. Südverən bahalı-bahalı cins inəkləri Almaniyadan, Fransadan, Zelandiyadan ala bilərik. Yəni ucuz inəklərimiz də cırdır, çox süd vermir. Camaat biotexnologiya işlədib, yaxşı inəklər yetişdirib. Allahın işinə qarışıb heyvan yetişdirirlər və bizim inəklərdən dəfələrlə daha çox süd verir. Südümüzün maya dəyəri heç də Fransadan, Niderlanddan, Almaniyandan, Zelandiyadan daha ucuz deyil. Yəni dünyada qiymətlər bahalaşır, Azərbaycana da mütləq şəkildə təsir edir və etməlidir. Əhalimiz fikirləşir ki, monopoliya var, idxalçılar qiyməti şişirib satırlar. Buna nəzarət də İqtisadiyyat Nazirliyinin birbaşa funksiyasıdır. İdxalda inhisarçılığı araşdırsınlar, aydınlaşdırsınlar ki, yağ bazarında monopoliya var, yoxsa yox”.
TEMPİNFO