“Azərbaycan yığması hansısa böyük yarışın final mərhələsində iştirak edəcək”

“Azərbaycan yığması hansısa böyük yarışın final mərhələsində iştirak edəcək”

“AFFA rəhbərliyinə mənə etimad göstərdiyi üçün təşəkkür edirəm. Onların fikirləri, düşüncələri mənə maraqlı oldu. Bu, qərar verməyimdə rol oynadı”.

TEMPİNFO xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində bildirib.

“Bizim proses barədə danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Təbii ki, qarşılıqlı anlaşma, bir-birini başa düşmək çox önəmlidir. Bu gün burada otururamsa, deməli AFFA rəhbərliyi layihələrin həyata keçirilməsində doğru adam kimi məni görür.

Bu layihə uzunmüddətli layihədir. Mənə elə gəlir ki, bir yerdə biz böyük uğura nail olub tarix yazacağıq. Ələ-ələ verib işləmək lazımdır. Ümid edirəm ki, Azərbaycan yığması mənim rəhbərliyim altında hansısa böyük yarışın final mərhələsində iştirak edəcək. Mənə daha yaxşı təkliflər də var idi, amma AFFA-nın təklifi diqqətimi cəlb etdi”, – baş məşqçi vurğulayıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37