Azərbaycanda 16 sanatoriya ləğv olunaraq “Kurort” QSC-yə birləşdi – SİYAHI

Azərbaycanda 16 sanatoriya ləğv olunaraq “Kurort” QSC-yə birləşdi – SİYAHI

Azərbaycanda bir sıra sanatoriyalar “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub.

TEMPİNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

“Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, “Bilgəh” Kardioloji Sanatoriyası, “Qaranquş” İxtisaslaşdırılmış Uroloji Sanatoriyası, Azərbaycan Respublikasının “Kurort” Səhmdarlar Cəmiyyəti Günəşli İxtisaslaşdırılmış Nevroloji Sanatoriyası, “Kurort” Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası, “Naftalan” Sanatoriya-Kurort Birliyi, Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” Sanatoriya-Kurort Birliyi, “Xəzər” Sanatoriyası, “Şəki İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hacıkənd” İstirahət Evi, Kurort Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat” Müəssisəsi, “Kurort” Səhmdar Cəmiyyəti “Azərbkurorttikintitəmir” Birliyi, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu “Azərkurortlayihə”, “Kurort” Səhmdar Cəmiyyətinin “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub.

Buna görə də “Kurort” Qapalı Səhmdar Cəmiyyəti  yenidən təşkil olunduğunu elan edir. Adları qeyd olunan sanatoriyalar “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulduğu üçün ləğv olunur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37