Azərbaycanda 2 yeni nazir təyin edildi

Azərbaycanda 2 yeni nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri təyin edilib.

TEMPİNFO xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı qərarla Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri təsdiq edilib.

Qeyd edək ki, E.Nəcəfov buna qədər təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37