Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var

Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var

Tovuzda bədbəxt hadisə baş verib.

TEMPİNFO.AZ APA-ya istinadən verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.

Mərhumun oğlu 2000-ci il təvəllüdlü Əmrah Əmrahov və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37