Azərbaycanda bir gecədə 3 nəfəri ildırım vurub öldürdü

Azərbaycanda bir gecədə 3 nəfəri ildırım vurub öldürdü

Azərbaycanda daha bir nəfəri ildırım vurub.

TEMPİNFO-nun məlumatına görə, növbəti bədbəxt hadisə Gəncədə baş verib.

Belə ki, şəhərin Həsən Əliyev küçəsində 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qeyd edək ki, bu gün Tovuzda da 14 yaşlı Səbuhi Abdullazadəni ildırım vuraraq öldürüb.

Daha bir ildırım vurma nəticəsində ölüm hadisəsi Şəmkirdə qeydə alınıb.

***

Belə ki, Yeni Həyat qəsəbəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.

Ötən gecə Şəmkirdə daha bir nəfəri ildırım vuraraq öldürüb.

Rayonun Zəyəm qəsəbə sakini Diləfürüz Qurbanova da ildırım vurması nəticəsində vəfat edib.

 

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37