Azərbaycanda bu şəxslər nikaha girə bilməyəcək
- CƏMİYYƏTSON XƏBƏR
- 28.06.2024 12:46
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hal ləğv edilib.
TEMPİNFO xəbər verir ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nikah yaşı qəti olaraq 18 yaş müəyyən olunur.
Hazırkı vaxta qədər isə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
TEMPİNFO