Azərbaycanda dəhşət: Sahibsiz itləri əvvəl zəhərləyir, sonra boynuna ip salıb sürüyürlər

Azərbaycanda dəhşət: Sahibsiz itləri əvvəl zəhərləyir, sonra boynuna ip salıb sürüyürlər

Sumqayıt şəhərində sahibsiz itin boğazına ip bağlayıb sürüyən şəxs görüntülənib.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Vətəndaş iddia edir ki, Sumqayıt şəhər təmizlik idarəsinin işçiləri sahibsiz küçə itlərini zəhərləyərək öldürürlər.

Bəzi zəhərlənmiş itlər isə hələ ölməmiş boyunlarına ip bağlanılır və sürüyərək gətirilib zibil qutularının yanına atılır.

Məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək. /Oxu.az

Həmin görüntüləri təqdim edirik:

TEMPİNFO 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37