Azərbaycanda həkim ölüb – FOTO
- CƏMİYYƏTSON XƏBƏR
- 07.08.2024 11:54
Azərbaycanda həkim ölüb.
TEMPİNFO-nun məlumatına görə, tibb elmləri namizədi həkim-rentgenoloq Qulam Məşədi Əli oğlu İbrahimov dünyasını dəyişib.
Onun 71 yaşı var idi.
Qeyd edək ki, Q.İbrahimov 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb.
1985-1998-ci illərdə ATU-nun aspirantı olub.
1990-cı ildə Özbəkistanın Daşkənd şəhərində Onkoloji mərkəzdə tibb elmləri namizədi adını qazanıb.
Müxtəlif illərdə kiçik elmi işçi və laborant kimi fəaliyyət göstərib. Azərbaycan Rentgenoloqlar Cəmiyyətinin üzvü olub.
TEMPİNFO