Azərbaycanda işıqfor sellofanla “təmir edildi”

Azərbaycanda işıqfor sellofanla “təmir edildi”

Azərbaycanda çəkildiyi deyilən işıqfor görüntüsü gülüş doğurub.

TEMPİNFO xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə qurğunun sellofanla “təmir edildiyi” əks olunub.

Fonda yer alan dondurma soyuducusunun üzərindəki reklam yazısı fotonun Azərbaycan çəkildiyindən xəbər verir. Lakin “maraqlı” işıqforun hansı ərazidə olduğu dəqiq deyil.

Qeyd edək ki, sözügedən məsələlərlə bağlı məsul qurumlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37