Azərbaycanda jurnalist Mətbuat Günündə vəfat etdi – FOTO

Azərbaycanda jurnalist Mətbuat Günündə vəfat etdi – FOTO

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.

TEMPİNFO xəbər verir ki, o 44 yaşında, bu gün Milli Mətbuat Günündə dünyasını dəyişib.

Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib.

Bu barədə jurnalistin sonuncu dəfə çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) məlumat yayıb.

Qeyd edək ki, Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.

O “Report” İnformasiya Agentliyində də çalışıb. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37