Azərbaycanda komandir rüşvətə görə həbs olundu

Azərbaycanda komandir rüşvətə görə həbs olundu

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

TEMPİNFO qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37