Azərbaycanda müəllim əməliyyatdan sonra NİYƏ ÖLDÜ? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Azərbaycanda müəllim əməliyyatdan sonra NİYƏ ÖLDÜ? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

“Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın əməliyyatı uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub”.

Bu məlumat lent.azın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.

Məlumatda qeyd olunub ki, 10.07.2024-cü il tarixində Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini, 1972-ci il təvəllüdlü (qadın cinsli) şəxs uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib:

“Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.

11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüs çatışmazlığı müşahidə olunub. Xəstəyə ağciyər arteriyalarının tromboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

***

12:34

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova vəfat edib.

lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, müəllim keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, Sədaqət Nəsirova 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplayıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37