Azərbaycanda şirkətlər qrupu və ona daxil olan 3 şirkət ləğv edilir

Azərbaycanda şirkətlər qrupu və ona daxil olan 3 şirkət ləğv edilir

Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv edilir.

TEMPİNFO xəbər verir ki, bu şirkətlər Admedia Şirkətlər Qrupu, Smart Media.az, Admedia Reklam və “Qafqaz Media” MMC-dir.

Kreditorlar iki ay ərzində tələblərini 1015 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 45, mənzil 164 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Admedia” şirkəti 2009-cu ildə fəaliyyətə başlayıb. Azərbaycanda dövlət və özəl şirkətlərə reklam və PR sahəsində yüksək səviyyədə xidmət göstərir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37