Azərbaycanda tanınmış həkim faciəvi şəkildə öldü – YENİLƏNİB – FOTO

Azərbaycanda tanınmış həkim faciəvi şəkildə öldü – YENİLƏNİB – FOTO

Xəbər verdiyimiz kimi, Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib. Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib. Belə ki, uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

TEMPİNFO-nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış diş həkimi olub.

Əslən Laçın rayonundan olan stomatoloqun 1 övladı var idi. O, Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

 

***09:59

Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.

TEMPİNFO xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

 

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37