Azərbaycanda təşkilat sədri saxlanıldı

Azərbaycanda təşkilat sədri saxlanıldı

Qohumuna qarşı dələduzluq edən Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

TEMPİNFO.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, xalası oğlu Səbuhi Mehrəliyev R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

TEMPİNFO.AZ 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37