Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
- CƏMİYYƏTSON XƏBƏR
- 15.10.2024 10:25
Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.
TEMPİNFO xəbər verir ki, İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsində baş məsləhətçi işləyən 36 yaşlı Elnur Rufullayev dünyasını dəyişib.
E.Rufullayevin bir neçə gün bundan əvvəl insult keçirtdiyi və Bakı şəhərində müalicə aldığı bildirilir. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
O, ötən gecə dünyasını dəyişib.
TEMPİNFO