Azərbaycanda yanacağın qiyməti yüksək, keyfiyyəti aşağıdır – VİDEO

Azərbaycanda yanacağın qiyməti yüksək, keyfiyyəti aşağıdır – VİDEO

Dünya elektrikli mühərriklərə keçir, bizdə isə Aİ-92 və dizel yanacağının keyfiyyəti ilə bağlı suallar artmaqdadır.

TEMPİNFO bildirir ki, sözügedən yanacaqların həm keyfiyyət göstəriciləri aşağıdır, həm də ekologiyaya vurduğu zərər kifayət qədər böyükdür.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, ölkəyə gətirilən avtomobillərin demək olar əksəriyyəti yüksək oktanlı yanacaqla işlədiyindən Aİ-92 markalı benzin və ya avro-5 standartlarına uyğun olmayan dizel onları sıradan çıxarır.

Sürücülərin Aİ-92 markalı benzin və dizellə bağlı narazılığı artdığından, elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37