Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi

Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37