Azərbaycandan FİFA reytinqində sıçrayış

Azərbaycandan FİFA reytinqində sıçrayış

Milli komandaların FİFA reytinqi açıqlanıb.

TEMPİNFO xəbər verir ki, Azərbaycan millisi dünyada 111-cidir.

Yığmamızın hesabında 1179,88 xal var. Azərbaycan millisi ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna Albaniya (1:3) və Qazaxıstanla (3:2) görüşlər səbəb olub.

Millimiz iki komandanı – Konqo və Mavritaniyanı keçib. Amma KXDR yığmamızı arxada qoyub.

Qeyd edək ki, siyahıya 1860,14 xala malik Argentina başçılıq edir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37