Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
- SİYASƏTSON XƏBƏR
- 04.10.2024 09:35
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə TEMPİNFO-ya Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
TEMPİNFO