Azərbaycanlı bloger İstanbulda həbs edildi: Qızlara verdiyi suallar qalmaqal yaratdı
- DÜNYAHADİSƏSON XƏBƏR
- 19.06.2024 16:38
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul küçələrində qızlara erotik xarakterli suallar verən, onları videoya çəkən, sonra isə həmin videoları sosial şəbəkələrdəki hesabına yükləyən azərbaycanlı bloger Cavid Ələkbərovu həbs edib.
TEMPİNFO Haqqın.az-a istinadən xəbər verir ki, sonradan məlum olub ki, “maraqlı” bloger ona uyğun gələn cavablar üçün respondentlərə 500 dollara qədər pul ödəyib.
Məlum olduğu kimi, Azərbaycan vətəndaşı Cavid Ələkbərov iki il əvvəl Türkiyəyə köçüb və İnstaqram sosial şəbəkəsində Cekaxs ləqəbi ilə hesab açıb və videolarını paylaşıb. 22 yaşlı bloger küçədə gənc qızlara yaxınlaşaraq onları heç kimə demədikləri sirri kamera qarşısında açmağa dəvət edib. Respondentlərin bəziləri sevgililərini aldatdığını etiraf edib, bəziləri isə pul qarşılığında cinsi xidmət göstərdiklərini bildirib…
İstintaq materiallarında göstərildiyi kimi, Cavid Ələkbərov çox şəxsi suallar verib, o cümlədən zərif cinsin nümayəndələrinə…
Gəncin “şıltaqlığı” Türkiyə hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Nəticədə, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ələkbərovun İnstaqram sosial şəbəkəsində yerləşdirdiyi videolar əsasında araşdırmaya başlayıb, bundan sonra bloger erotik məzmunlu videomateriallar yaydığına görə saxlanılıb və barəsində cinayət işi başlanıb.
Dindirilmələr zamanı o polisə bildirib ki, iki ildir Türkiyədə videolar çəkir və Türkiyə Respublikasının qanunvericiliyini pozduğunu bilmir.
Cavid Ələkbərov müstəntiqlərə deyib: “Çəkilişlər etdiyim insanların heç birini tanımırdım. Mən sadəcə küçədə təsadüfi qızlara yaxınlaşdım, icazə aldım və məhz bu formatda video çəkdim”.
Azərbaycanlı blogerin sözlərinə görə, sosial şəbəkələrdə qızların “intim” cavabları olan videolardan onun aylıq gəliri 300-400 dollar civarındadır. Cavid Ələkbərov respondentlərin hər seksual ifşasına görə 500 dolları haradan aldığını izah edə bilməyib.
Etdiyi əməldən peşman olduğunu deyən bloger, İnstaqram hesabında yerləşdirdiyi videoların sosial şəbəkələrin Türkiyə seqmentində də olduğunu qeyd edib.
İstanbul prokurorluğu azərbaycanlı blogerin fəaliyyəti ilə bağlı həbs qətimkan tədbirinin seçilməsində israrla iş materiallarını məhkəməyə göndərib.
Məhkəmə blogerin həbsinə qərar verib. Məhkəmə qərarında Cavid Ələkbərovun çəkdiyi videoların “Türk cəmiyyətinin mənəvi dəyərlərinə, ailə birliyi və bütövlüyünə zidd olduğu” bildirilib.