Azərbaycanlı fəal ABŞ-də öldü

Azərbaycanlı fəal ABŞ-də öldü

ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı fəal vəfat edib.

TEMPİNFO xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Quliyev xəstəxanada dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37