Azərbaycanlı iki gənc xanım Oksfordda oxuyacaq

Azərbaycanlı iki gənc xanım Oksfordda oxuyacaq

Azərbaycanlı iki gənc dünyanın ən məşhur ali təhsil ocaqlarından biri olan Oksford Universitetində təhsil alacaqlar.

TEMPİNFO-nun məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin məzunu Şəbnəm Tağıyeva tam təqaüdlə Böyük Britaniyanın məşhur Oksford Universitetinin Dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsinə qəbul olub.

Eyni fakültənin məzunu Sona Abdullayeva isə Oksford Universitetinin Hüquq fakültəsində (Faculty of Law, University of Oxford) təhsil alacaq.

Qeyd edək ki, gənclər həmin universitetə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində qəbul olublar.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37