Azərbaycanlı “Miss Polad Omba” intim platformada hesab açdı – FOTO

Azərbaycanlı “Miss Polad Omba” intim platformada hesab açdı – FOTO

Azərbaycanlı fitnes-model, “Miss Polad Omba” ləqəbi ilə məşhur olan Bahar Nəbiyeva özünə “Onlyfans” hesabı açıb.

TEMPİNFO xəbər verir ki, 30 yaşlı bodibilder artıq sözügedən hesabını pulsuz edib və izləyicilərini söhbət etməyə çağırıb.

Xatırladaq ki, atası azərbaycanlı, anası isə ukraynalı olan Bahar Nəbiyeva Bakıda anadan olub və sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb.

Onun instaqramda 5.5 milyondan çox izləyicisi var.

Qeyd edək ki, “OnlyFans” mərkəzi Londonda yerləşən məzmun abunəliyi xidmətidir. Xidmət əsasən pornoqrafiya istehsal edən seks işçiləri tərəfindən istifadə olunur lakin o, fiziki hazırlıq mütəxəssisləri və musiqiçilər kimi digər məzmun yaradıcılarının işinə də ev sahibliyi edir.

Platformadakı məzmun istifadəçi tərəfindən yaradılır və aylıq abunəliklər, məsləhətlər və hər baxış üçün ödəniş vasitəsilə pul qazanır.

Vebsayt COVID-19 pandemiyası zamanı populyarlıq qazandı. 2023-cü ilin may ayına olan məlumata görə, “OnlyFans”ın üç milyondan çox qeydiyyatdan keçmiş yaradıcısı və 220 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37