Azərbaycanlı turist Türkiyədə “Duty-Free”də 13 milyona yaxın alış-veriş etdi
- CƏMİYYƏTÖLKƏSON XƏBƏR
- 17.07.2024 16:37
Azərbaycanlı turist Türkiyədə “Duty-Free” mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib.
TEMPİNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin “Duty-Shop Tax Free” mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan “Global Blue” şirkətinin baş direktoru Selim Şeyxun deyib.
“Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat-red.). O bu məbləğə saatlar və zinət əşyaları alıb”, – şirkət rəhbəri qeyd edib.
Turistin Türkiyəyə böyük ehtimalla Azərbaycandan gəldiyi bildirilib.
TEMPİNFO