Azərbaycanlıları “zooparkdakılar” adlandırması iddialarına cavab verdi

Azərbaycanlıları “zooparkdakılar” adlandırması iddialarına cavab verdi

Xəbər verdiyimiz kimi, türkiyəli bloger Danla Biliçin Bakda tədbirlərin birində onunla şəkil çəkdirmək istəyənləri “zooparkdakılar” deyə adlandırdığı iddia olunub.

Axşam.az-ın məlumatına görə, o, ilk dəfə bununla bağlı paylaşım edib:

“Azərbaycanı da, insanlarını da həmişə çox sevdim. Buna görə də tədbirlərin birində model kimi iştirak etmək üçün qaçaraq oraya getdim. Səhnədə şəxsiyyətimə edilən yersiz aşağılamaları və zarafatları sizi çox sevdiyim, tədbirin problemsiz keçməsi üçün görməməzlikdən gəldim. Orada olanlar məni başa düşəcəklər.

Sonrasında mənim adıma həyatımda görmədiyim və tanımadığım insanlara, markalara, sponsorlara paylaşım sözü verildiyini öyrəndim. O da az deyilmiş kimi, azərbaycanlılar üçün “zooparkdakılar” dediyimi iddia etdilər. Ümid edirəm, bir gün bunu sizin üçün həqiqətən kimin dediyini açıqlaya biləcəklər. Digər eşitdiklərim mənə qalsın və təcrübə olsun. Hələlik susuram. Sizi sevirəm”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37