“Azercell” və “Bakcell”də tariflər bahalaşdı: narazılıq yarandı

“Azercell” və “Bakcell”də tariflər bahalaşdı: narazılıq yarandı

“Azercell” və “Bakcell” mobil operatorları tariflərin qiymətində dəyişiklik ediblər.

TEMPİNFO.AZ xəbər verir ki, şirkətlərin bu addımı insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, onlar sosial media hesablarında bununla bağlı paylaşımlar ediblər.

İqtisadçı jurnalist Rahim Tarverdiyev bildirib ki, Bakcell loqosunu yeniləyən kimi tarifləri artırdı.

“Klass paketlərini 10-13% bahalaşdırıb. Klass 15 paketini 17 manat ediblər. İndi bəzi özünü ağıllı hesab edən dostlar yazacaq ki, bəs danışıq dəqiqələri artırılıb. Onsuz da daha çox internetdən istifadə edilir, nəinki danışıq dəqiqələrindən”, – o deyib.

Jurnalist Elçin Rüstəmli isə qeyd edib ki, “Azercell” izahatsız filansız internet taariflərini bahalaşdırıb.

Sosial şəbəkə istifadəçisi Cəfər Sadiq isə sual edib ki, dünyanın hər yerində telefon danışığları və internet xidmətləri ucuzlaşan xətt üzrə getdiyi halda bizdə hansı yüksək xidmətinə və üstünlüyünə görə “Bakcell” və “Azercell” qiymətləri qaldırıb:

“Hansı özəlliyinizə görə? Özü də ikiniz də birdən qiyməti artırmısınız. Ümumiyyətlə, “Bakcell” və “Azercell” xidmətlərindən, qiymətlərindən, internet və digər xidmətlərindən razı qalan var ölkədə?”

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37